Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-28,
Seanews
Heyder Eliyev

Xəlifə limanı dünyanın 40 ən böyük konteyner limanı arasında artım göstəricisinə görə birinci olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində yerləşən Xəlifə limanı “Lloyd’s List” nəşrinin 2026-cı il üzrə dünyanın 100 ən böyük konteyner limanının reytinqində beş pillə irəliləyərək 34-cü yeri tutub.

“Seanews.az” xəbər verir ki, 2025-ci ilin nəticələrinə əsaslanan reytinqə görə, limanda konteyner aşırımı əvvəlki illə müqayisədə 21,6% artaraq 6,6 milyon TEU-ya (20 futluq konteyner ekvivalenti) çatıb. Bu, dünyanın ilk 40 konteyner limanı arasında ən yüksək artım göstəricisidir.

Artıma liman terminallarının daha intensiv istifadəsi, bazar tələbatının yüksəlməsi və yeni güclərin istifadəyə verilməsi töhfə verib. Xəlifə limanının üç konteyner terminalı “CMA CGM”, “COSCO” və “MSC” kimi beynəlxalq gəmiçilik şirkətləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Davam edən genişləndirmə işlərindən sonra limanın illik konteyner aşırma gücünün 10,5 milyon TEU-ya çatdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır