Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-24,
Seanews
Heyder Eliyev

Dənizçi Günü münasibətilə fləşmob təşkil olunub - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə 25 İyun – Dənizçi Günü münasibətilə “Suraxanı” gəmi-muzeyinin qarşısında maraqlı fləşmob təşkil olunub.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının 300-ə yaxın tələbəsi bir araya gələrək kompozisiya əsasında “#DƏNİZÇİ” sözünü vizual formada təqdim ediblər.

Kompozisiya dron vasitəsilə havadan çəkilib və bu da layihənin vizual təsirini daha da gücləndirib.

Layihənin əsas məqsədi bugünün dənizçilərinə hörmət və ehtiramın ifadə olunması, onların peşə fəaliyyətində göstərdiyi zəhmət və fədakarlığın ictimaiyyətə çatdırılması, eyni zamanda gələcək dənizçilərin bu sahəyə marağının və bağlılığının gücləndirilməsindən ibarətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır