Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-29,
Seanews
Heyder Eliyev

Çin Syerra-Leonedə 50 gəmini əhatə edən birgə müəssisə yaradır

Qərbi Afrikada yerləşən Syerra-Leone Çin şirkəti “Zhejiang Xiehai Group” ilə tərəfdaşlıq çərçivəsində SLOSCO adlı milli gəmiçilik şirkəti yaradıb. Birgə müəssisədə Çinin payı 70%, Syerra-Leonenin payı isə 30% təşkil edəcək.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, şirkət ilkin mərhələdə 30 gəmidən ibarət donanma formalaşdırmağı, sonradan isə onun sayını 50-yə çatdırmağı planlaşdırır. Gəmilər neft məhsullarının, kənd təsərrüfatı yüklərinin və faydalı qazıntıların daşınmasında istifadə olunacaq. Daşımaların regional və beynəlxalq bazarları əhatə etməsi nəzərdə tutulur.

Syerra-Leonenin Prezidenti Julius Maada Bio bildirib ki, layihənin məqsədi ölkənin xarici gəmiçilik şirkətlərindən asılılığını azaltmaqdır. Layihəni dəstəkləmək məqsədilə Çinin “Zhejiang Xiehai Group” şirkəti birgə müəssisəyə özünün 37 gəmilik donanmasından istifadə imkanı yaradacaq.

Syerra-Leone 584 gəminin qeydiyyatda olduğu donanma reyestri ilə Afrikada üçüncü yerdədir. Çin isə gəmiqayırma sahəsində mövqelərini gücləndirir: 2025-ci ildə dünya gəmiqayırma istehsalının 56,1%-i bu ölkənin payına düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır