Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

zəriqoruyaq şüarı altında aksiya keçirilə

Sentyabrın 23-də Mərdəkan çimərliyində #Xəzəriqoruyaq şüarı altında genişmiqyaslı təmizlik aksiyası keçiriləcək. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndəriləcək.  Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunacaqlar. Ötən illərdən fərqli olaraq, bu ilki aksiyada geniş ekoloji maarifləndirmə tədbirləri də nəzərdə tutulub. Tədbirin təşkilatçıları hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına iştirakla bağlı məktub göndərə bilərlər. Bu aksiya Azərbaycanda son yeddi ildir baş tutur. İndiyədək keçirilən birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33 hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır