nizçi olmaq istəyən abituriyentlərin nəzəri
Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciət edib. Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarını seçən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 01 aprel – 03 avqust tarixlərində Kazım Kazımzadə küç., 120A ünvanında yerləşən (“Elmlər Akademiyası” metrosu yaxınlığında, Mərkəzi Gömrük Hospitalının yanı) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası” MMC-yə müraciət etməlidirlər. İş günləri: I –V günlər İş saatı: 900 – 1500 Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər: 1 Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet), abituryentin elektron ərizəsi (iş nömrəsi) 2 Ruhi Əsəb Dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar olaraq qeydiyyatda olduğu poliklinikadan qısa epikriz