Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü gö
“Dəniz” qəzetinin növbəti – 14 iyun 2018-ci il tarixli nömrəsi işıq üzü görüb. Bu sayda ölkəmizdə güclü nəqliyyat-logistika mərkəzinin yaradılmasından, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin iri, beynəlxalq nəqliyyat layihələrini həyata keçirə biləcək donanmalara malik olmasından, Yunanıstanın paytaxtı Afinada Gəmiçiliyin nümayəndəliyinin açılmasından, Xəzərin hüquqi statusuna dair konvensiyanın qəbul edilməsi üzərində iş aparılmasından, gələcəyin dənizçilərinin təhsil aldığı Azərbaycan Dövlət Dəniz Akademiyasında “Elektron Akademiya” layihəsinə start verilməsindən, TANAP-ın sosial-iqtisadi inkişafa böyük töhfə verəcəyindən, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yüklərin Rusiyadan Hindistana çatdırılması müddətini 30 faiz azaldacağından, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan istiqamətində davam etdiriləcəyindən, Azərbaycan Xalq Cümhuriyyətinin neft strategiyasından, dünya üzrə təsdiqlənmiş xam neft və təbii qaz ehtiyatlarından, Gəmiçiliyin iştirak etdiyi müxtəlif sərgilərdən, Gəmiçilikdə “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar keçirilən tədbirlərdən, gəmilərimizin yüksək keyfiyyətli təmirindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz. Daha ətraflı qəzetin PDF variantından məlumat almaq mümkündür.