Koronavirusla əlaqədar Beynəlxalq Dəniz Təşkilatının iclasları növbəti dəfə təxirə salınıb
Beynəlxalq Dəniz Təşkilatının (IMO) iyulda keçirilməsi planlaşdırılan iclasları, o cümlədən IMO Şurasının növbəti sessiyası koronavirusla əlaqədar təxirə salınıb.
"Seanews.az" xəbər verir ki, bununla belə, IMO-da 2020-ci il üzrə yeni iclas proqramlarının hazırlanmasına başlanılıb.
İclasların yenidən başlanılması Dünya Səhiyyə Təşkilatı və Böyük Britaniya hökümətinin təlimatları, o cümlədən IMO-ya üzv dövlətlərdəki vəziyyətdən asılı olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır