“Tara Gas” tankerində yanğın nəzarət altına alınıb
Noyabrın 16-da Hörmüz boğazında dron hücumuna məruz qalan LPG tankeri “Tara Gas”da yanğın nəzarət altına alınıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Panama bayrağı altında üzən gəminin Omanın Musəndəm yarımadası istiqamətində qorunan körfəzə aparıldığı ehtimal olunur.

NASA-nın peyk müşahidələrində tankerdəki yanğınla bağlı istilik siqnalının əvvəlki ilə müqayisədə zəiflədiyi qeydə alınıb.
Yanğının söndürülməsi işlərinə Liberiya bayrağı altında üzən “Valiant Vortex” yedək-təchizat gəmisi cəlb olunub. Gəminin heyəti xilas edilib, iki yaralı dənizçi Xasab xəstəxanasına çatdırılıb. Bir nəfər isə itkin düşüb.
Tankerdə yanğının LPG çənlərinə yayılması və partlayış təhlükəsi mövcud olub. Gəminin yaşayış məntəqələrindən uzaq, qorunan körfəzə aparılması mümkün partlayışın sahil ərazilərinə təsir riskini azaldıb.



