ASCO yeni açıq müsabiqələr elan edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yeni açıq müsabiqələr ela edib.
Müsabiqələrdən biri gəmilərdə quraşdırılan səsgücləndirici və yayım avadanlıqları üçün ehtiyat hissələrinin satınalınması məqsədi daşıyır. Bu müsabiqəyə müraciət üçün son müddət 2022-ci il 16 fevral saat 17.00-dəkdir.
Növbəti müsabiqə boya qatqılarının satınalınması məqsədilə elan olunub. Bu müsabiqəyə müraciət üçün son müddət 2022-ci il fevralın 17-si saat 17:00-dəkdir.
Daha bir müsabiqə isə ASCO gəmilərində quraşdırılan radionaviqasiya avadanlıqları üçün ehtiyat hissələrinin satınalınması ilə bağlıdır. Müraciət üçün son müddət 2022-ci il 16 fevral tarixi müəyyənləşdirilıib.
Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az saytından əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.