Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dənizçi günü”ilə bağlı elan olunan müsabiqəyə maraq ar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi mətbuat orqanı olan “Dəniz” qəzetinin  25 iyun – “Dənizçi günü” münasibəti ilə əməkdaşlar arasında keçirdiyi  foto müsabiqə davam edir. Təşkilat Komissiyasından “seanews.az”-a verilən məlumata görə, müsabiqəyə maraq getdikcə artır. İndiyədək yarışmaya yüzdən çox şəkil göndərilib. Onların əksəriyyəti komissiyanın xüsusi qərarı ilə iştirakçı hüququ qazanıb.  Bununla belə, bəzi müəlliflər foto yollayarkən qaydalara əməl etmirlər. Məhz, bu səbəbdən Təşkilat Komissiyası  bir daha diqqətə çatdırır ki,  göndərilən fotoların şərtlərə uyğunluğunu dəqiqliklə yoxlayasınız.  Qaydalarla daha ətraflı  BURADAN tanış ola bilərsiniz.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır