Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-16,
Seanews
Heyder Eliyev

Rumıniya sahillərində daha üç gəmi dron zərbələrinə məruz qalıb

Rumıniyanın ərazi sularında daha üç gəmi vurulub. Dron hücumları nəticəsində gəmilər zədələnib.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Rumıniya hökuməti Sulina sahillərində ticarət gəmilərinə qarşı həyata keçirilən yeni hücumlarla bağlı etirazını bildirib.

Rumıniyanın Baş naziri Luka Nikuleskunun sözlərinə görə, radar sistemləri gəmilərin yaxınlığında hava hədəfləri qeydə alıb. Təhlükəni araşdırmaq üçün əraziyə qırıcı təyyarələr göndərilib.

Hücuma məruz qalan gəmilər “Evia Petrol V” və “Ali Najafov” neft məhsulları tankerləri, “Marsol” isə quru yük gəmisi olub. Bildirilir ki, bütün hadisələr Rumıniyanın ərazi sularında baş verib. Bundan əvvəl, cümə günü “Larissa 1” yük gəmisi də hücuma məruz qalıb. Hadisələr nəticəsində xəsarət alan olmayıb.

Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea ölkənin müttəfiqlərindən müşahidə təyyarələri və dronlara qarşı müdafiə avadanlıqları sahəsində əlavə dəstək istəyəcəyini bildirib. Fransa artıq bölgəyə dəniz patrul təyyarəsi göndərib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır