Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-16,
Seanews
Heyder Eliyev

Cənubi Afrikada liman gecikmələri avtomobil sənayesini çətin vəziyyətə salıb

Cənubi Afrikanın Durban limanındakı əsas konteyner terminalında yaranan ciddi gecikmələr ölkənin avtomobil sənayesini təhlükə altına qoyub. Sektor ucuz Asiya idxalının artması və ABŞ-nin tətbiq etdiyi tariflər səbəbindən onsuz da çətinliklərlə üzləşir.

“Seanews.az” xəbər verir ki, hökumət yanvar ayında terminalın idarə edilməsinə özəl operatoru cəlb etməklə limanın fəaliyyətini yaxşılaşdırmağa çalışıb. Lakin Filippinin Manila şəhərində yerləşən “International Container Terminal Services, Inc.” şirkətinin tətbiq etdiyi yeni əməliyyat sistemində yaranan problemlər nəticəsində gəmilərin limana daxil olmaq üçün gözləmə müddəti təxminən iki dəfə artıb. Bu barədə Cənubi Afrikanın nəqliyyat naziri Barbara Krisi ötən ay məlumat verib.

Liman tıxacları avtomobil istehsalı sektoruna ciddi təsir göstərir. “Volkswagen”, “Ford” və “Toyota” şirkətlərinə ehtiyat hissələri tədarük edən yerli “Metair Investments Ltd.” şirkəti limanlarda gecikmələrin 20 günə yaxınlaşmasının müqavilə öhdəliklərini yerinə yetirməsinə mane ola biləcəyi barədə xəbərdarlıq edib. Bu açıqlamadan sonra cümə günü şirkət bazar dəyərinin təxminən yarısını itirib.

“Durban Gateway Terminal” şirkətinin baş icraçı direktoru Xavyer Lança yeni əməliyyat platformasının artıq sabitləşdiyini bildirib. Şirkət yaranmış problemləri müzakirə etmək üçün avtomobil ehtiyat hissələri istehsalçılarının nümayəndələri ilə görüşməyi də planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır