G-nin elan etdiyi təsviri incəsənət müsabiqəsinə əsərlərin qəbulu üçün son üç gün qa
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün elan etdiyi “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında elan etdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsinə əsərlərin qəbulu davam edir. Müsabiqə üçün işlər avqustun 20-dək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün şərtləri bir daha xatırladırıq. 1. İştirakçılar üçün yaş həddi 17-dən 35-dək müəyyənləşdirilmişdir. 2. Müsabiqəyə təqdim edilmək üçün hazırlanmış rəsm əsəri böyük hissədə minimum 50 santimetrdən az olmamalıdır. 3. Müsabiqə üçün əsərlərin elektron variantda fotoşəkli mütləqdir. 4. Müsabiqə üçün əsərlərin fotoşəkillərini çəkərkən paspartu və çərçivədən istifadə edilməlidir. 5. İştirakçı özü haqda qısa məlumatı və əlaqə telefonunu göstərməklə əsərlərin fotolarını [email protected] ünvanına yollamalıdır. 6. Əsərlərin fotoşəkilləri maksimum dərəcədə keyfiyyətli və JPG formatında olmalıdır. 7. İştirakçı müsabiqəyə yalnız bir mövzu üzrə və müvafiq olaraq bir ədəd iş təqdim edə bilər. 8. Əsərlərdə müəllifin imzası olmalıdır. Mükafatlandırma “Rəngkarlıq” nominasiyası üzrə: 1-ci yer – 2000 AZN 2-ci yer – 1000AZN 3-cü yer – 500 AZN Həvəsləndirici yerlər 4-cü yer – 200 AZN 5-ci yer – 100 AZN “Heykəltəraşlıq” nominasiyası üzrə: 1-ci yer – 2000 AZN 2-ci yer – 1000AZN 3-cü yer -500 AZN Həvəsləndirici yerlər 4-cü yer – 200 AZN 5-ci yer – 100 AZN “Qrafika” nominasiyası üzrə: 1-ci yer – 2000 AZN 2-ci yer – 1000AZN 3-cü yer – 500 AZN Həvəsləndirici yerlər 4-cü yer – 200 AZN 5-ci yer – 100 AZN Müsabiqə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə təqdim olunan əsərlər eyni vaxtda olmaqla Facebook səhifəsində sentyabrın 1-dən 15-nə kimi açıq səsverməyə çıxarılacaq. İkinci mərhələdə müsabiqədə iştirak edəcək əsərlər Azərbaycan Respublikasının Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyətinə təqdim olunacaq və onlar tərəfindən qiymətləndiriləcək. Ümumi müsabiqənin qalibləri Facebook səsverməsinin nəticələri və münsiflərin rəyi ilə müəyyən olunacaq. Şəffaflığın təmin edilməsi üçün əsərlər səsverməyə kodlaşdırılmış formada çıxarılacaq. Tel: (+99412) 404 37 00 (daxili: 12 46 , 12 45) Email: [email protected] Ünvan : AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152