Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

y dənizində qasırğa gözlən

Türkiyədə güclü qasırğa gözlənilir. “Seanews.az” xəbər verir ki, bir neçə gündür ölkədə müzakirə olunan qasırğa məsələsini Türkiyə Meteorologiya İdarəsindən də təsdiqləyiblər. Məlumata görə, İon dənizi üzərindən hərəkət edən “Medicane” tropik qasırğası 30 sentyabrda Türkiyəyə çatacaq və Egey bölgəsində, xüsusilə Muğla, Aydın, İzmir, Çanaqqala, Balıqəsir şəhərlərində müşahidə ediləcək. Şiddətli qasırğanın daha sonra Mərmərə dənizi ilə hərəkət edərək İstanbula çatma ehtimalı da var. Qasırğa Yunanıstanda sahil ərazilərini vurmasa, Türkiyədə daha şiddətli şəkildə müşahidə ediləcək. Proqnozlara görə, qasırğa zamanı küləyin sürəti 150 kilometrədək çatacaq. Küləklə birlikdə şiddətli yağışlar da gözlənilir. “Medicane” “Meditterraean” (Aralıq dənizi) və “hurricane” (qasırğa) sözlərinin birləşməsindən yaranıb. Əsasən Aralıq dənizinin mərkəzində müşahidə edilən qasırğa ilk dəfə Türkiyə sahillərinə çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır