Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

G-nin 160 illiyinə həsr olunmuş təsviri incəsənət müsabiqəsinin qalibləri məlum

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün  “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında keçirdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsinə yekun vurulub. Müsabiqəyə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarından, xarici ölkələrdən ümumilikdə 100-dən çox əsər təqdim edilib. Onlardan 89-u şərtlərə uyğun gələrək müsabiqədə iştirak hüququ qazanıb. Hər bir təsviri incəsənət nümunəsində Xəzər dənizçilərinin çətin və spesifik əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi,  Xəzərin əlverişli su yolu olması, zəngin təbii sərvəti, gözəl mənzərələri, biomüxtəlifliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə və beynəlxalq sulardakı  fəaliyyəti, dənizçilik sahəsində xüsusi əməyi olan nüfuzlu şəxsiyyətlər  kimi mövzular təsvir olunub. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün əsərləri Azərbaycan Dövlət  Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, ADRA-nın prorektoru, xalq rəssamı Fuad Salayev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Səlhab Məmmədov, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri  Xanlar Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, ARİ-nin qrafika bölməsinin sədri, əməkdar rəssam Həmzə Abdullayev, “AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev və “AXDG” QSC-nin departament rəisi, əməkdar jurnalist  Mehman Mehdiyev ən yaxşı əsərləri müəyyən ediblər.  Hər nominasiya üzrə (rəngkarlıq, heykəltəraşlıq, qrafika) beş qalib müəyyənləşib. Qaliblərin adlarını təqdim edirik: “Rəngkarlıq” nominasiyası üzrə: 1-ci yer – Emiliya İbrahimova – “Xəzərin işığı” 2-ci yer – Tural Bayramov – “57-ci körpü” 3-cü yer – Vəfa Sultanova – “Gəmilər”   Həvəsləndirici yerlər 4-cü yer – Cavid Həsənli  – “Keçmişdən gələcəyə. Cəsur dənizçilər” 5-ci yerlər – Gül Həsənova – “Fırtınalı Xəzər” və Bəsti Qasımova – “Xəzərim mənim”                    “Heykəltəraşlıq” nominasiyası üzrə: 1-ci yer – İlqar Ağaşov – “Günəşli” 2-ci yer – Rahib Qarayev – “Odlar yurdu” 3-cü yer – Süleyman Rüstəmov – “Oyanış”   Həvəsləndirici yerlər 4-cü yer – Vasif Həsənli – “Dəniz cəsurları sevir” 5-ci yer – Mariya Pimenova – “Həyat damcısı”   “Qrafika” nominasiyası üzrə: 1-ci yer – Yuliya Tarlakovskaya – “Kaspiy” 2-ci yer – Aynurə Yusifzadə – “Yanan buruq” 3-cü yer – Ruhəngiz Bağırova –“Xəzərim mənim”   Həvəsləndirici yerlər 4-cü yer – Nübar Abbasova – “Liman” 5-ci yer – Günay Mustafazadə – “Vikinqlər” Bundan başqa, “AXDG” QSC-nin rəsmi facebook səhifəsində sentyabrın 1-dən 15-nə kimi keçirilən açıq səsvermədə hər nominasiya üzrə (Rəngkarlıq, Heykəltəraşlıq, Qrafika) üç ən çox “like” toplayanların adları da bəlli olub. Həmin şəxslərə həvəsləndirici mükafatlar veriləcək. Onların adlarını təqdim edirik. “Rəngkarlıq” nominasiyası üzrə Tural Bayramov, Cavid Həsənli, Leyla Rəşidova,  “Heykəltəraşlıq” nominasiyası üzrə Rahib Qarayev, Mariya Pimenova, Pərviz Abasov,  “Qrafika” nominasiyası üzrə Nübar Abbasova, Afət Mirzəyeva və Fərəh Mirzəyeva ən çox “like” yığıblar. Bütün qalibləri təbrik edir, iştirakçıların hər birinə yeni yaradıcılıq uğurları arzulayırıq. Xatırladaq ki, 1-7 oktyabr tarixlərində müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərgi təşkil ediləcək. Sərginin açılış mərasimi oktyabrın 1-də Muzey mərkəzində baş tutacaq. Qaliblərə diplom və mükafatlar, əsərləri sərgilənən digər iştirakçıların hər birinə isə sertifikatlar veriləcək. Onu da əlavə edək ki, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət nəfis tərtibatda kataloq da çap olunub.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır