tanbulda dəniz reysləri təxirə salı
İstanbulda dəniz reysləri təxirə salınıb. Bu barədə Türkiyənin Dəniz nəqliyyatının idarə edilməsi üzrə Təşkilatından bildiriblər. Reyslərin təxirə salınmasına İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə edilməsi səbəb olub. Yaranmış fasilə əlaqədar isə “Marmara” tuneli gücləndirilmiş iş rejiminə keçib. Qeyd edək ki, Türkiyədə dəniz reysləri sonuncu dəfə qeyri-əlverişli hava şəraiti səbəbindən iyun ayında təxirə salınıb. Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır