naqqala boğazı müvəqqəti bağlı elan ol
Çanaqqala boğazı iki tərəfli gəmi keçidlərinə müvəqqəti bağlı elan olunub. “Seanews.az” xəbər verir ki, buna səbəb boğaza güclü duman çökməsi olub. Duman səbəbindən boğazda görmə məsafəsi çətinləşib. Bu da gəmilərin hərəkətini çətinləşdirib. Ona görə boğaz bu gün saat 06:30 radələrindən ərazidən duman çəkilənədək bağlanıb. Hadisəylə bağlı bütün gəmi kapitanlarına məlumat göndərilib. Hazırda boğaza daxil olmaq istəyən gəmilər gözləmə mövqeyindədirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır