nizçilərin futbol turnirinin final görüşünün vaxtı məlum
Noyabrın 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və Cəmiyyətin tərkibinə daxil olan strukturların aparat işçiləri arasında mini-futbol turnirinin final mərhələsi keçiriləcək. “Port Baku” idman kompleksində baş tutacaq həlledici görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Xəzər Dəniz Neft Donanmasının komandaları üz-üzə gələcəklər. Komandalara dəstək olmaq və oyunu izləmək istəyənlər 2 noyabr, saat 17:00-da “Port Baku” idman kompleksinə gələ bilərlər. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır