Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-25,
Seanews
Heyder Eliyev

O-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş futbol turniri keçirilə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər qurumların əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turniri keçiriləcək. Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunan turnirdə 8 komanda – ASCO-1, ASCO-2, Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, Zığ Quru Yük Limanı, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsiNİN futbolçuları qüvvələrini sınayacaqlar. Yarışın ilk günündə “Zığ” Quru Yük Limanı ilə Xəzər Dəniz Neft Donanmasının komandası qarşılaşacaq. Oyun 29 noyabr 19:00-da “Azfar”-ın meydançasında baş tutacaq. Turnirin qalibləri kubok və fəxri fərmanla mükafatlandırılacaq. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd əməkdaşlarınm asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır