Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

niz Akademiyası doktoranturaya qəbul elan

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Dövlət Dəniz Akademiyası 2018-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya aşağıdakı ixtisaslara qəbul elan edir: 1. 3319.03 -“Gəmiqayırma və  gəmi təmiri texnologiyası”      doktoranturaya –  1 yer (odənişli )             2. 3319.01 – “Gəmiçilik texnikası”      doktoranturaya – 2 yer (odənişli )                      3. 3319.02   -“Gəmiçilik və su nəqliyyatının istismarı”     doktoranturaya – 1 yer (odənişli )       2018-ci il üçün elmlər  doktoru hazırlığı üzrə dissertanturaya aşağıdakı ixtisasa qəbul elan edir:   3319.03 – “Gəmiçilik texnikası”  – 1 yer (odənişli )    Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” na uyğun olaraq həyata keçirilir. Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan)  Azərbaycan  Respublikası vətəndaşları qəbul edilirlər. Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdaki sənədlər təqdim edilir: – ərizə (Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorunun adına); – kadrların şəxsi-qeydiyyat vərəqi; – tərcümeyi-hal; – 3 ədəd fotoşəkil (3x4sm ölçüdə) – iş yerindən xasiyyətnamə (işləyənlər üçün); – iş stajı olanlar üçün əmək kitabçasından çıxarış; – çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş ixtisas üzrə referat; – ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş  surəti (xarici ölkələrdə     təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə  şəhadətnamə);          – şəxsiyyəti təsdiq edən sənədin surəti;          – xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa). Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Elmlər doktoru proqramı üzrə dissertanturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi olan və buna uyğun diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş  surətini təqdim edən Azərbaycan  Respublikasının vətəndaşları qəbul edilir. Həmin şəxslərlə müsahibə keçirilir. Sənədlər 18 yanvar 2019-cu il tarixədək Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 ünvanında yerləşən Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binasında (207-ci  otaqda) qəbul olunur. Tel.:(012) 493-36-44 (113) , (012) 493-63-07


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır