Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

A-da elmi-texniki konfrans keçirilə

4 aprel 2019-cu il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dəniz  Nəqliyyatının  İnkişaf Perspektivləri” tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak edə bilərlər. Konfransın işi aşağıdakı bölmələr üzrə keçiriləcək: Gəmiqayırma və gəmi təmiri Dəniz naviqasiyası Gəmi energetik qurğuları Gəmilərin elektrik avadanlıqları və avtomatikası Tətbiqi mexanika və riyaziyyat Su nəqliyyatının humanitar və dilçilik məsələləri İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 11-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 11-dək ADDA-nın Elmi-tədqiqat qrupuna təqdim etməlidirlər. Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq. Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır