Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-27,
Seanews
Heyder Eliyev

ail FC-nun davamlı ev oyunlarına gələn azarkeşləri hədiyyələr qazanacaq

Sabail FC-nun davamlı  ev oyunlarına gələn azarkeşləri hədiyyələr qazanacaqlar! Şərtlər sadədir: Mövsümün sonuna qədər 5 ev oyununa gələn azarkeşlər birinci kateqoriyalı hədiyyə qazanacaq. Mövsümün sonuna qədər 3 ev oyununa gələn azarkeşlər isə ikinci kateqoriyalı hədiyyə qazanacaq. Kampaniyaya qoşulun və qalib gəlin! Müsabiqəyə qeydiyyat hər gün bazar ertəsindən cümə gününədək saat 12:00-dan 20:00-dək “Bayıl Arena” stadionunun girişində aparılacaq. ???? Komandanın qarşıdakı 3 ev oyunu zamanı “Bayıl Arena”da 4 qeydiyyat məntəqəsi fəaliyyət göstərəcək! ???? http://bit.ly/2STVNRS keçidi üzrə onlayn qeydiyyat mövcud olacaq – (Onlayn qeydiyyatdan sonra, oyun zamanı qeydiyyat məntəqəsində qeydiyyatdan keçdiyinizi təsdiq etmək lazımdır). Könüllülər Sizə ev oyunları zamanı müsabiqə haqqında bütün əlavə məlumatları verməkdən məmnun olacaqlar. ???? Siz həmçinin +994 50 681 0010 nömrəsi ilə əlaqə saxlayıb müsabiqə haqqında məlumat ala bilərsiniz. ✅ Müsabiqə və qeydiyyat qaydaları: Siz göstərilən üsullardan birinin vasitəsilə qeydiyyatdan keçməlisiniz: 1. Bazar ertəsindən cümə gününədək saat 12:00-dan 20:00-a qədər “Bayıl Arena”nın girişində yerləşən qeydiyyat məntəqəsində 2. Komandanın “Bayıl Arena”da keçirilən ev oyunları zamanı qeydiyyat məntəqəsində 3. Keçid üzrə qeydiyyat – http://bit.ly/2STVNRS. (Onlayn qeydiyyatdan sonra, oyun zamanı qeydiyyat məntəqəsində öz ad və soyadını təqdim edib qeydiyyatdan keçdiyinizi təsdiq etmək lazımdır) Müsabiqəyə qeydiyyatdan sonra dərhal Siz iştirakçı biletini alacaqsınız. Biletdə komandanın bütün ardıcıl ev oyunları göstəriləcək. Hər oyuna gəldikdə Siz stadionda yerləşən qeydiyyat məntəqəsinə iştirakçı bileti ilə yaxınlaşmalı və oyuna gəldiyinizi təsdiqləyən möhür biletinizə vurulmalıdır. “Sabah” komandasına qarşı oyuna qədər qeydiyyatdan keçmiş və oyuna gəlmiş müsabiqə iştirakçıları öz biletlərini artıq oyuna gəldiyinizi təsdiqləyən möhürlə alacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır