Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

ıda “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumu keçirilə

Aprelin 22-25-də Bakıda SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumu keçiriləcək. Bakı Ali Neft Məktəbindən (BANM) bildirilib ki, builki foruma BANM ev sahibliyi edəcək. SOCAR-ın dəstəyi, BANM və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək forum ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunacaq. Regionunun neft təqvimində ən mühüm hadisələrdən olan forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar, inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum, həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri və bir çox ölkələrin sahə nazirliklərinin, transmilli neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir. Forumun təşkilatçıları tərəfindən iştirakçılar üçün unikal və zəngin texniki səfər proqramı da hazırlanıb. Belə ki, iştirakçılar SOCAR-ın Karbamid zavoduna, Sumqayıtda yerləşən “SOCAR Polymer”ə, həmçinin Səngəçal terminalına səfər edəcəklər. Qeyd edək ki, hər il forumda böyük neft-qaz şirkətləri, neft emalı zavodları, ticarət şirkətləri, limanlar, terminallar, banklar və analitik agentliklərdən 300-dən çox rəhbər işçi və aparıcı mütəxəssislər iştirak edir. Ötənilki foruma 30-dək ölkənin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-dək iştirakçı qatılıb. Forumda iştirak üçün qeydiyyat http://socarforum.com saytında həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır