

Diqqət: ADDA-nı seçən abituriyentlər 31 iyuladək “Dənizçilər poliklinikası”-na müraciət etməlidirlər
Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğuları mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmaq istəyənlər iyulun 31-ə qədər “Dənizçilər poliklinikası”- na müraciət etməlidirlər. Artıq müddətin sonuna 20 iş günü qalıb.
Tələb edilən sənədlər aşağıdakılardır:
- Şəxsiyyət vəsiqəsi,
- Hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet),
- Abituriyentin elektron ərizəsi (iş nömrəsi)
- Ruhi əsəb dispanserindən arayış,
- Narkoloji dispanserdən arayış,
- Xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.
İş günləri: I-VI günlər
Saat: 9:00-14:30
“Dənizçilər poliklinikası”-nın ünvanı: Bakı ş. Yasamal r-nu, Kazım Kazımzadə küç. 120 A. (Gömrük hospitalının yanında)
Xatırladaq ki, arayış pulsuzdur. Tibbi yoxlanış zamanı rast gəldiyiniz neqativ hallarla bağlı ADDA-nın ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyevlə ( 050 277 02 95) əlaqə saxlaya bilərsiniz.
ARAYIŞI ALMAĞA TƏLƏSİN!!!