Piombino limanında üzən FSRU sisteminə malik LNG terminalı tikiləcək
Enerji şirkəti “Snam FSRU Italia” Litvanın neft və mayeləşdirilmiş təbii qaz terminallarının operatoru “Klaipedos Nafta”-nı(“KN”) Piombino limanında üzən FSRU sistemindən istifadə edərək yeni LNG terminalı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün seçib.
“Seanews.az”-ın məlumatına görə, “Klaipedos Nafta” üzən mayeləşdirilmiş təbii qazın saxlanması, emalı və boşaldılması (FSRU) sisteminin quraşdırılması, sonrakı istismara verilməsi və sınaqdan keçirilməsində “Snam”-a dəstək verəcək.
Layihə İtaliyanın qərb sahilindəki Piombino limanında yeni LNG terminalının tikintisini nəzərdə tutur. Bu, ölkənin enerji tələbatının ödənilməsinə, təhlükəsizliyin yaxşılaşdırılmasına və yanacaq təchizatının şaxələndirilməsinə kömək edəcək. Terminalın əsas elementi 170 000 kubmetr tutumlu “FSRU Golar Tundra” üzən qurğusu olacaq.


