Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Gəmiçiliyə qlobal marağı ölçən yeni indeks istifadəyə verilib

Dünya gəmiçilik sənayesinə ictimai marağın səviyyəsini ölçən yeni onlayn indeks istifadəyə verilib. Böhran kommunikasiyaları üzrə mütəxəssis Dustin Eno tərəfindən hazırlanan Dənizçilik Diqqət İndeksi (Maritime Attention Index) Google axtarışlarını, Vikipediya səhifələrinin baxış sayını, sosial media fəallığını və əsas media orqanlarının xəbərlərini birləşdirərək gündəlik göstərici formalaşdırır.

“Seanews.az” xəbər verir ki, indeks dənizçilik şirkətlərinə ictimaiyyətin gəmiçilik xəbərlərinə və böyük insidentlərə marağını qiymətləndirməyə, eləcə də bu marağın zamanla necə dəyişdiyini izləməyə imkan verir.

İndeksdə “Ever Given” gəmisinin Süveyş kanalını bağlaması, “Wakashio” gəmisinin qəzası və “Dali” gəmisinin iştirakı ilə baş verən hadisə kimi insidentlər zamanı marağın kəskin artması qeydə alınıb. Məlumatlar həmçinin böyük dəniz hadisələrindən sonra ictimai diqqətin necə azaldığını göstərir.

Hazırda indeksin göstəricisi 69,3 baldır, 50 bal isə normal səviyyə hesab olunur. ABŞ-nin bu ilin martında İrana qarşı hücumlarının ilk iki həftəsində göstərici 332,3 bala yüksəlib. İndeks 2020-ci ilin əvvəlindən bəri olan məlumatları əhatə edir. Onun indiyədək qeydə alınmış ən yüksək göstəricisi 2021-ci ildə “Ever Given” gəmisinin Süveyş kanalını bağladığı dövrə təsadüf edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır