Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

ECSA: Aİ dənizçiliyin ekoloji keçidinə ayrılan dəstəyi 30 milyard avroya çatdırmalıdır

Avropa Gəmi Sahibləri Assosiasiyasının (ECSA) araşdırmasına görə, Avropa Komissiyasının dayanıqlı dəniz yanacaqları və texnologiyalarını dəstəkləmək üçün təklif etdiyi (110 milyon emissiya kvotası – 10 milyard  avro) maliyyə vəsaiti ehtiyacın yalnız üçdə birini qarşılayır.

“Seanews.az” xəbər verir ki, araşdırmada yeni Dayanıqlı Dəniz Hərəkət Sistemləri (SMAP) mexanizmi çərçivəsində dəstəyin ən azı 330 milyon emissiya kvotasına, yəni 30 milyard avroya çatdırılması təklif olunur. Bu vəsait dayanıqlı dəniz yanacaqlarının, enerji səmərəliliyi layihələrinin və digər ekoloji texnologiyaların inkişafına yönəldilməlidir.

ECSA Avropa Parlamentini və Aİ Şurasını SMAP üçün ayrılan Avropa İttifaqının Emissiyaların Ticarəti Sistemi (ETS) gəlirlərini ən azı üç dəfə artırmağa çağırıb. Assosiasiyanın baş katibi Sotiris Raptisin sözlərinə görə, bu addım gəmiçiliyin enerji keçidini sürətləndirmək və “FuelEU Maritime” proqramının 2040-cı il hədəfinə çatmasına kömək etmək üçün vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır