Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Sifariş portfeli rekord həddə yaxınlaşan Çin dünya gəmiqayırma bazarında mövqelərini gücləndirir

Çin gəmiqayırma müəssisələri son bir ildə dünya üzrə yeni gəmi sifarişlərinin 74%-ni əldə edib. BIMCO-nun təhlilinə görə, Çinin 2026-cı il sentyabrın 1-nə qlobal gəmiqayırma sifariş portfeli 203,2 milyon kompensasiya edilmiş ümumi tonnaja (CGT) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

“Seanews.az” xəbər verir ki, hazırda Çin dünya üzrə ümumi sifariş portfelinin 64%-nə sahibdir. Cənubi Koreyanın payı 19%, Yaponiyanın payı isə 6% təşkil edir. Çin xüsusilə konteyner gəmiləri seqmentində üstünlük qazanıb və bu sahədə qlobal sifarişlərin 81%-ni təmin edib.

Bununla belə, sifarişlərin çoxluğu istehsal gücünün artırılmasını tələb edir. Çinin gəmiqayırma müəssisələrinin 2028-ci ildə rekord həcmdə — 44 milyon CGT gəmi təhvil verməsi planlaşdırılır. Bu göstərici 2025-ci ildəki istehsal həcmindən təxminən iki dəfə çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır