Sistem mayeləşdirilmiş neft qazı, ammonyak və CO2-nin nəqlinə imkan verir
Britaniyanın “Babcock” şirkətinin mayeləşdirilmiş qaz texnologiyaları bölməsi 22 min kubmetrlik iki tankerin yanacaq yüklərinin idarə olunması sisteminin tədarükü üçün Cənubi Koreyalı gəmi sahibi ilə müqavilə imzalayıb.
“Babcock”-un mətbuat xidmətinin məlumatında belə deyilir.
“ecoCO2®” adlanan sistem yüklərin səmərəli işlənməsini və aşağı təzyiqli yanacaq çənləri üçün yenidən mayeləşdirməni təmin edir. Sistem mayeləşdirilmiş neft qazı, ammonyak və CO2-nin nəqlinə imkan verir.
“Lloyd's Register” sistem üçün prinsipial təsdiq sertifikatı alıb. Texnologiya CO2-ni tutma, istifadə və saxlama zənciri boyunca səmərəli nəqlini təmin etmək üçün işlənib hazırlanmışdır. Həll bir sıra əməliyyat parametrlərini, o cümlədən daşıma xüsusiyyətlərini, yükləmə-boşaltma terminallarının parametrlərini, yükün tərkibini və həcmlərini nəzərə alır.
Sistemlə təchiz olunacaq iki müasir LCO2 tankeri 2025 və 2026-cı illərdə tikilib sifarişçiyə təhvil veriləcək. Bunlar indiyədək CO2 yüklərinin daşınması üçün sifariş verilmiş bu tipli ən böyük gəmilərdir.
Müdafiə sənayesi üçün texnoloji həllər təqdim edən “Babcock” (London) beynəlxalq şirkəti Böyük Britaniya, Avstraliya, Asiya, Kanada, Fransa və Cənubi Afrikada fəaliyyət göstərir.
“Seanews.az”


