Fırtına "Queen Lend" gəmisini sahilə çıxarıb
Fırtına Liberiya bayrağı altında üzən "Queen Lend" yük gəmisini Saxalində Uqleqorsk bölgəsində sahilə çıxarıb.
"Seanews.az" xəbər verir ki, hadisə çərşənbə günü baş verib.
Yujno-Saxalinsk dəniz xilasetmə mərkəzindən bildirilib ki, yük gəmisinin göyərtəsində 22 Çin vətəndaşından ibarət heyət olub.
Uqleqorsk limanında fəaliyyət göstərən “Vostochnaya Mining Company” MMC-dən verilən məlumata görə, gəmidən neftin dağılması təhlükəsi yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

