Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin xatirəsi onun adını daşıyan gəmidə anılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankerinin heyət üzvləri SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadənin  xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Gəminin heyət üzvləri əfsanəvi neftçinin vəfatından kədərləndiklərini bildirib, onun ailə üzvlərinə səbr diləyiblər.

“Akademik Xoşbəxt Yusifzadə”  tankeri 7 dekabr 2022-ci ildə istismara verilib. Gəminin istismara verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Onu da qeyd edək ki, tanker Prezident İlham Əliyevin Sərəncamı ilə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır