Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

“MSC” gəmiçilik şirkəti liderliyini möhkəmləndirib

“MSC” gəmiçilik şirkəti 2023-cü ilin yanvar ayının əvvəlindəki 4,61 milyon TEU-dan 5,36 milyon TEU-ya çatan cari donanması ilə daşıyıcıların reytinqində liderliyini möhkəmləndirib.

“Seanews.az” xəbər verir ki, bu barədə “Linerlytica” araşdırma şirkətinin icmalında qeyd olunub.

Bildirilir ki, 557 min TEU artım yeni gəmilərin tikintisi, işlənmiş gəmilərin alınması və yeni çarter müqavilələri əsasında gəmilərin cəlb edilməsi hesabına baş verib.

“Maersk” gəmiçilik şirkətinin əməliyyat donanması isə ilin əvvəlindəki 4,21 milyon TEU-dan 4,12 milyon TEU-ya qədər azalıb ki, bu da şirkətin özünün strategiyası ilə bağlıdır.

Reytinqdə üçüncü yeri, tədqiqatçıların fikrincə, 2026-cı ilə qədər “Maersk”-i arxada qoyacaq “CMA CGM” tutub.

“CMA CGM” gəmiçilik şirkəti “MSC”-nin yolu ilə gedir və öz donanmasını genişləndirməyə çalışır. Belə ki, şirkət bu yaxınlarda metanolla işləyəcək, hər birinin tutumu 9,2 min TEU olan 8 yeni gəminin tikintisini sifariş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır