Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Uzun illər dəniz nəqliyyatı sahəsində çalışmış Arif Məmmədov vəfat edib

Uzun illər dəniz nəqliyyatı sahəsində çalışmış Arif Seyfulla oğlu Məmmədov vəfat edib.

Arif Məmmədov 12 avqust 1952-ci ildə Naxçıvan MR Babək rayonunun Didivar kəndində anadan olub.

1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Neft və qazın kimyəvi emalı texnologiyası/kimyaçı-texnoloq” ixtisasını, 2000-ci ildə isə  Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi sürücülüyü” ixtisasını bitirib.

O,  əmək fəaliyyətinə 1972-ci ildə "Sahil" Kəşfiyyat Qazma İdarəsində çilingər kimi başlayıb.  Daha sonra müxtəlif idarə və təşkilatlarda müxtəlif vəzifələrdə çalışan Arif Məmmədov 1996-2000 illərdə Xəzər Dəniz Neft Donanmasının rəisi, 2016-2020-ci illərdə "ACSC Logistics" MMC-nin direktor müavini vəzifəsində işləyib.

ASCO rəhbərliyi və kollektivi adından Arif Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır