Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

FSRU gəmisindən “GRTgaz” operatorunun şəbəkəsinə ilk qaz vurulur

“TotalEnergies” şirkəti “Havr” limanında Norveçdən tədarük edilən mayeləşdirilmiş təbii qazın saxlanması, emalı və boşaldılması üçün üzən “Cape Ann” qurğusunu (FSRU) istifadəyə verib. FSRU gəmisindən “GRTgaz” operatorunun şəbəkəsinə ilk qaz vurulması başlayıb.

“TotalEnergies”-in bəyanatında belə deyilir.

“TotalEnergies” artıq illik gücü təxminən 5 milyard kubmetr olan FSRU terminalının yarısı üçün müqavilələr bağlayıb. Terminal şirkətin dünya üzrə müxtəlif zavodlarından LNG qəbul edəcək. Qalan 50% isə tənzimləyicinin təsdiq etdiyi qaydalara uyğun olaraq satılacaq.

FSRU gəmisinin uzunluğu 283 metr, eni 43,40 metr, suya oturumu 50 metr, dedveyti 112 457 tondur. 2010-cu ilin iyununda suya salınan gəminin sahibi “Hoegh LNG” şirkətidir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır