Çinin ilk ultra dərin qazma gəmisi sınaq səfərinə çıxır
Çinin ilk 10 min metrdən çox dərinlikdə qazma qabiliyyətinə malik “Mengxiang” tədqiqat qazma gəmisi dəniz sınaqlarına başlayıb.
“Reuters” xəbər verir ki, gəminin tikintisi ölkənin neft və qaz yataqlarının dənizdə kəşfiyyatı üzrə dərinlikdə qazma imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımdır.
Bu, Çinin belə dərinliklərdə tədqiqat və qazma işləri apara bilən ilk gəmisidir. “Mengxiang”ın maksimum qazma dərinliyi dəniz səviyyəsindən 11 min metrdir.
Dəniz sınaqlarının yeri açıqlanmayıb. Xatırladaq ki, 2023-cü ilin martında Çin və Filippin Cənubi Çin dənizində orta dərinliyi 1,2 min metrdən çox olan neft və qaz yataqlarının birgə geoloji kəşfiyyatı ilə bağlı danışıqları bərpa ediblər.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


