“CMES”-in 300 gəmisinin 52-si VLCC tankeridir
“China Merchants Energy Shipping” (“CMES”) şirkəti “Dalian Shipbuilding Industry Co” tərəfindən inşa ediləcək VLCC gəmisi üçün “MAN B&W 7G80ME-LGIM” mühərriki sifariş edib.
“korabel.ru” xəbər verir ki, mühərrik 2026-cı ilin aprelində çatdırılmalıdır.
“China Merchants Heavy Industry” törəmə şirkəti tərəfindən verilən sifariş VLCC tankerində quraşdırılan ilk iki yanacaqlı metanol mühərrikidir. Gəminin tikintisinin dəyəri 107,5 milyon dollar qiymətləndirilir. Hazırda “China Merchants Energy Shipping” şirkəti 300-dən çox gəmisi olan donanmanı idarə edir ki, onların da 52-si VLCC gəmisidir.
Emissiyaları azaltmaq üçün “MAN” texnologiyasından istifadə edən mühərriki “China Diesel Engine Co. Ltd” şirkəti istehsal edəcək.
"Bu, metanolla işləyən ilk belə mühərrikli unikal layihədir. Şübhəsiz ki, metanol sahəsində qabaqcıl olan “CMES” gələcəkdə dəniz nəqliyyatı üçün yanacaq kimi diqqəti cəlb edəcək", - deyə “MAN Energy Solutions” şirkətinin rəhbəri Byarne Foldager bildirib.
“Seanews.az”


