IMO-nun yeni idarə heyəti açıqlanıb
IMO-nun onuncu seçilmiş baş katibi Arsenio Dominqes yanvarın 8-də təşkilatın direktorlar komitəsinin üzvlərinin adlarını açıqlayıb.
“Seanews.az”-ın məlumatına görə, Azara Prempeh inzibati işlər departamentin direktoru, Hiroyuki Yamada dəniz təhlükəsizliyi departamentinin direktoru, Dorota Lost-Seminska hüquqi məsələlər və xarici əlaqələr departamentinin direktoru, Heyke Deggim dəniz mühiti departamentinin direktoru, Xose Mateykal texniki əməkdaşlıq departamentinin direktoru, Syaotze Çjan konfrans departamentinin direktoru, Damen Şevalye aparat rəhbəri təyin edilib.
Yeni il müraciətində cənab Dominqes IMO-nun uğurlarını artıracağına ümidvar olduğunu bildirib. Panamalı Arsenio Dominqes 2016-2023-cü illərdə IMO-nun baş katibi olmuş Koreyalı Kitak Limi əvəzləyib. Cənab Dominqes 2023-cü ilin noyabr-dekabr aylarında baş tutan IMO Assambleyasının 33-cü Sessiyasında baş katib vəzifəsinə təsdiq edilib.


