“Maersk Tankers”-in donanması 240 gəmidən ibarət olacaq
“Maersk Tankers” şirkəti “Penfield Marine”-ni almaqla neft və ərzaq məhsulları dfaşıyan tankerlərdən ibarət iri donanma yaradıldığını bildirib. Bu, şirkətə öz tərəfdaşlarına və müştərilərinə daha çox xidmətlər təklif etməyə imkan verəcək. Törəmə şirkətlərə məxsus 45 gəmi də daxil olmaqla, indi “Maersk Tankers”-in idarəçiliyində 240-a yaxın tanker olacaq.
Qeyd edilir ki, birləşmə “Penfield” və “Maersk Tankers”-in regional mövcudluğuna təsir göstərməyəcək. Birləşmiş şirkət “Maersk Tankers” adı və brendi altında fəaliyyət göstərəcək və baş ofisi Danimarkanın Kopenhagen şəhərində olacaq. Birləşmiş şirkətin baş direktoru Tina Revsbeh (“Maersk Tankers”-in direktoru) olacaq. “Penfield Marine” şirkətinin baş direktoru Tim Brennan baş kommersiya direktoru vəzifəsini icra edəcək, Erik Hohn isə vəzifəsini qoruyacaq.
2024-cü il yanvarın 2-də bağlanan sazişin dəyəri və şərtləri açıqlanmır.
Əsası 2012-ci ildə Tim Brennan və Eric Hohn tərəfindən qoyulan “Penfield Marine” şirkətinin Konnektikutda (ABŞ), Londonda (Böyük Britaniya) və Sinqapurda nümayəndəlikləri var.
1928-ci ildə yaradılan “Maersk Tankers” enerji məhsullarının beynəlxalq dəniz daşımaları üzrə ixtisaslaşıb. Şirkət ərzaq məhsulları daşıyan tankerlər seqmentində də aparıcı mövqeyə malikdir.
“Seanews.az”


