Braziliya İnkişaf Bankı gəmiqayırma sənayesi üçün maliyyə vəsaitini ikiqat artırır
Braziliya İnkişaf Bankı (BNDES) gəmiçilik sənayesini maliyyələşdirmək üçün ən azı 2 milyard real ayıracaq.
“Seanews.az” xəbər verir ki, bunu Braziliya İnkişaf Bankının prezidenti Aloisio Merkadanten deyib.
BNDES prezidentinin sözlərinə görə, Braziliya geniş miqyasda gəmi istehsalına qayıtmalıdır və ölkənin bunu etmək üçün texnoloji imkanları var.
"Dünyada təyyarə istehsal edən və sertifikatlaşdıran ilk üç ölkədən biri olan Braziliya necə dəniz gəmiləri tikməsin? 2022-ci ildə BNDES gəmiqayırma üçün 600 milyon real ayırdı. 2023-cü ildə biz 1 milyard real sərmayə qoyduq. Sizə zəmanət verirəm ki, bu il investisiya ən azı 2 milyard real olacaq”, - deyə Aloisio Merkadante Rio-de-Janeyroda dənizçilyi təşviq etmək üçün bankın fəaliyyət planının təqdimat mərasimində bildirib.


