Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-26,
Seanews
Heyder Eliyev

"Ultramax" gəmiləri üçün yeni nəsil külək mühərrikləri təsdiqləndi

Külək enerjisi texnologiyaları üzrə ixtisaslaşmış "Anemoi Marine Technologies" və "Nantong COSCO KHI" (NACKS) gəmiqayırma zavodu dənizçilik sənayesində mühüm yeniliyə imza atıb. Tərəflər kütləvi yük daşımalarında əsas yer tutan "ultramax" tipli gəmilər üçün iki yeni rotor-yelkən dizaynı hazırlayıb.

“Seanews.az” xəbər verir ki, Yaponiya gəmiçilik reyestri (ClassNK)  tərəfindən verilən bu rəsmi təsdiq (AiP) artıq külək texnologiyasının gəmilərə sonradan əlavə edilən avadanlıq deyil, inşaat mərhələsində tətbiq olunan standart bir sistem olmasını təmin edir.

Yükqaldırma qabiliyyəti 60-65 min ton olan gəmilər üçün nəzərdə tutulan bu innovativ sistemlər yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır.

Yeni nəsil rotorlar 24,5 metr hündürlüyü ilə əvvəlki analoqlarından daha böyük yelkən sahəsinə malikdir. Layihənin ən diqqətçəkən texnoloji üstünlüyü isə yelkənlərin xüsusi rels sistemi üzərində hərəkət etməsidir ki, bu da limanlarda yükvurma əməliyyatları zamanı onların maneəsiz kənara çəkilməsinə imkan verir.

“ClassNK”nın təsdiqi bu sistemlərin beynəlxalq təhlükəsizlik və enerji səmərəliliyi (EEDI) standartlarına tam cavab verdiyini nümayiş etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır