Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-26,
Seanews
Heyder Eliyev

Drewry: Dünya Konteyner İndeksi bu həftə 3% azalıb

"Drewry Supply Chain Advisors" şirkətinin qiymətləndirməsinə əsasən, konteyner daşımaları üzrə tariflər bu həftə yenidən azalma tendensiyasına qayıdıb. Belə ki, Dünya Konteyner İndeksi (World Container Index) 3% azalaraq 40 futluq konteyner (FEU) üçün 2 246 ABŞ dollarına enib.

"Seanews.az" xəbər verir ki, marşrutlar üzrə tariflərdə də dəyişikliklər qeydə alınıb. Şanxay–Rotterdam xəttində qiymətlər 3% və ya 79 dollar azalaraq 2 229 dollara düşüb. Eyni zamanda, Rotterdam–Şanxay istiqamətində tariflər 1% və ya 7 dollar artaraq 599 dollara yüksəlib.

Şanxay–Genuya marşrutu üzrə daşınma haqları 2% və ya 77 dollar azalaraq 3 343 dollar təşkil edib. Şanxay–Los-Anceles xəttində isə 3% və ya 100 dollar azalma qeydə alınıb və tariflər 2 810 dollara enib. Həmçinin, Şanxay–Nyu-York marşrutu üzrə qiymətlər 3% və ya 119 dollar azalaraq 3 552 dollara düşüb.

Digər istiqamətlərdə isə fərqli dinamika müşahidə olunub. Los-Anceles–Şanxay xəttində tariflər dəyişməyərək 762 dollar səviyyəsində qalıb. Rotterdam–Nyu-York marşrutunda qiymətlər 3% və ya 62 dollar artaraq 2 030 dollara yüksəlib. Nyu-York–Rotterdam xəttində isə tariflər 4% və ya 41 dollar azalaraq 1 022 dollar təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır