Ammonyak mühərriki “böyük sınağı” uğurla keçdi
"Everllence" şirkəti "HHI-EMD" tərəfindən istehsal olunan ilk ammonyak mühərrikinin zavod qəbul sınaqlarını uğurla başa vuraraq ammonyak mühərriklərinin kommersiya istifadəsində mühüm mərhələyə qədəm qoyub.
“Seanews.az” xəbər verir ki, ikiyanacaqlı "B&W 6G60ME-LGIA" mühərriki "Eastern Pacific Shipping" (EPS) şirkəti üçün inşa edilən və 2026-cı ilin oktyabrından etibarən təhvil verilməsi planlaşdırılan çox böyük ammonyak daşıyıcılarında (VLAC) quraşdırılacaq. Bu gəmilər dünyada ammonyak mühərriki ilə işləyən ilk gəmilər olacaq.
Üç illik sınaq proqramından keçən mühərrik xüsusi təhlükəsizlik sistemləri, təkmilləşdirilmiş ventilyasiya və ikiqat divarlı boru kəmərləri ilə təchiz edilib.
"Everllence" rəsmiləri mühərrikin bütün iş rejimlərində sabit fəaliyyət göstərdiyini və texniki göstəricilərə tam cavab verdiyini bildiriblər.


