Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-26,
Seanews
Heyder Eliyev

“Polar Star” buzqıran gəmisi 29-cu Antarktika missiyasından geri qayıtdı

ABŞ Sahil Mühafizəsinin yeganə ağır buzqıran gəmisi "Polar Star" Antarktikadakı elmi tədqiqat stansiyalarına dəstək missiyasını uğurla tamamlayaraq 146 günlük səfərdən sonra Sietl limanına qayıdıb.

“Seanews.az” xəbər verir ki, "Operation Deep Freeze 2026" çərçivəsində həyata keçirilən bu missiya zamanı gəmi 20 min dəniz milindən çox məsafə qət edib.

Antarktikanın sərt iqlim şəraitində fəaliyyət göstərən "Polar Star" heyəti qalınlığı 2,5 metrə çatan buz kütlələrini yararaq 11 kilometrlik kanal açıb. Bu kanal vasitəsilə yanacaq tankerləri və yük gəmilərinin qitənin ən böyük bazası olan "McMurdo" stansiyasına təhlükəsiz keçidi təmin edilib. Gəmi həmçinin logistika imkanlarını genişləndirəcək yeni "NSF Discovery" pirsinin quraşdırılmasında və buzlar arasında sıxılıb qalan bir kruiz gəmisinin xilas edilməsində yaxından iştirak edib.

1976-cı ildə istismara verilən və artıq 29-cu Antarktika səfərini başa vuran "Polar Star" ABŞ-ın qütb bölgələrindəki mövcudluğunun əsas dayağı hesab olunur. Bununla belə, gəminin çox köhnə olması yeni nəsil "Polar Security Cutter" proqramı çərçivəsində daha müasir buzqıranların inşasını sürətləndirmək zərurətini bir daha gündəmə gətirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır