Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində və gəmilərində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə silsilə maarifləndirici tədbirlər təşkil olunub.

Toplantılarda əmək münasibətləri və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi yönündə həyata keçirilən fəaliyyətlər barədə əməkdaşlara ətraflı məlumat verilib. Xüsusilə, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə qanunvericilik və qaydaların tələblərindən irəli gələn vəzifələr izah olunub.

Görüşlərdə xüsusi olaraq vurğulanıb ki, ASCO-da sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, bunun üçün risklərin öncədən qiymətləndirilməsi qurumun fəaliyyətində prioritet istiqamətlərdən biridir.

İnteraktiv formatda keçən tədbirlərdə əməkdaşları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb və onlara mövzuya dair hazırlanmış maarifləndirici materiallar təqdim edilib.

İş yerlərində təhlükəsiz mühitin təşviqi və bu sahədə ictimai məlumatlılığın artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildən 28 apreli Ümumdünya Əməyin Mühafizəsi Günü elan edib. Cari ildə bu əlamətdar gün “Gəlin sağlam psixososial iş mühitini təmin edək” devizi altında keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır