Bosforda qəza: Rusiyadan gələn Türkiyə gəmisi boğazda hərəkəti dayandırdı
Rusiyanın Novorossiysk limanından Türkiyənin Kocaeli vilayətinin İzmit rayonuna gedən Türkiyəyə məxsus "Kappa" konteyner gəmisi Bosfor boğazında sükan nasazlığı səbəbindən idarəetməni itirərək saya oturub.
"Seanews.az" xəbər verir ki, 2007-ci il istehsallı, 148 metr uzunluğundakı gəmi İstanbulun Yeniköy səmtində, sahildəki lüks yaşayış binalarının bir neçə metrliyində dayanıb. Hadisə ilə əlaqədar aprelin 28-nə keçən gecə saat 02:00-dan səhər 07:50-yə qədər boğazda hərəkət tamamilə dayandırılıb.
Türkiyə Sahil Təhlükəsizliyi İdarəsinin göndərdiyi xilasedici yedəklər və dalğıc briqadası gəmini olduğu yerdən çıxararaq təhlükəsiz lövbər sahəsinə aparıb. Gövdədə aparılan yoxlamalardan sonra gəmi İzmir limanına yola salınıb.
Rəsmi qurumlar bu intensiv su yolunda tez-tez texniki nasazlıqların baş verdiyini bildirərək cəmi iki gün əvvəl "Med Beykoz" adlı digər böyük konteyner gəmisinin də Çanaqqala boğazında bənzər nasazlıq səbəbindən yedəyə alındığını qeyd ediblər.
Maraqlıdır ki, "Kappa" gəmisi 2022-ci ildə də Kandilli yaxınlığında maşın şöbəsində baş verən nasazlıq səbəbindən boğazda hərəkətin məhdudlaşmasına yol açıbmış.


