Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Kruiz gəmisində bədbəxt hadisə: Sərnişin yıxılaraq həyatını itirdi

"Carnival Firenze" kruiz gəmisində bir sərnişin öz eyvanından aşağıdakı göyərtəyə yıxılaraq həyatını itirib.

"Seanews.az" xəbər verir ki, bədbəxt hadisə bazar ertəsi günü gəmi Los-Ancelesdən Meksikanın Ensenada limanına doğru hərəkət edərkən, Katalina adası yaxınlığında qeydə alınıb. "Carnival" şirkəti insidentlə bağlı müvafiq orqanların məlumatlandırıldığını və zərərçəkmişin ailəsinə lazımi dəstəyin göstərildiyini açıqlayıb.

Faktla bağlı başlanan araşdırmalara ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) rəhbərlik edir. Hüquq-mühafizə orqanlarının gəmidə apardığı ilkin yoxlamalardan sonra "Carnival Firenze" səyahətinə davam edib.

Kruiz gəmilərində hər il orta hesabla 20-25 oxşar hadisə baş verir və mütəxəssislər bu hallarda çox vaxt insan amilinin rol oynadığını bildirirlər. Sonuncu hadisənin başvermə səbəbləri hələlik dəqiqləşdirilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır