Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Gəmilərin SCR sistemləri ilə bağlı yeni qayda mayın 1-dən qüvvəyə minib

 

1 may 2026-cı il tarixindən etibarən Selektiv Katalitik Reduksiya (SCR) sistemlərinə dair yeni tələblər rəsmən tətbiq olunmağa başlayıb. DNV təsnifat cəmiyyətinin məlumatına görə, MEPC.399(83) qətnaməsi ilə təsdiq edilmiş bu yeniliklər 2017-ci ildən qüvvədə olan köhnə təlimatları əvəz edir.

"Seanews.az" xəbər verir ki, əsas dəyişiklik azot oksidləri (NOx) ölçən cihazların dəqiqliyi ilə bağlıdır. Belə ki, əvvəlki qaydalarda tələb olunan p/m 5% dəqiqlik meyarı ləğv edilərək "kifayət qədər dəqiqlik" anlayışı ilə əvəzlənib. Bu isə o deməkdir ki, gəmi sahibləri və müraciət edən tərəflər katalizatorun vəziyyətini monitorinq edən cihazların etibarlılığını və katalizatorun istismar müddətini artıq özləri əsaslandırmalıdırlar.

Yeni tələblər omurğası 1 noyabr 2025-ci il və ya ondan sonra qoyulan, yaxud təhvil tarixi 1 may 2026-cı il və ya sonrakı tarixlərə təsadüf edən gəmilərdə quraşdırılan dəniz dizel mühərriklərinə şamil olunur.

DNV qeyd edir ki, NOx ölçmə dəqiqliyinə yalnız cihazın səmərəliliyi deyil, həm də işlənmiş qaz nümunəsinin götürüldüyü nöqtə və qazın həmin nöqtədə qarışma dərəcəsi də birbaşa təsir göstərir. Bu səbəbdən sınaq və yoxlama prosesi zamanı həm cihazın ölçmə xətası, həm də nəticələrin interpretasiyası üçün istifadə olunan qiymətləndirmə prosesi ciddi şəkildə nəzərə alınmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır