Şiddətli fırtına nəticəsində yük gəmisi Qara dənizdə saya oturdu
Qara dənizin Türkiyə sahillərində xarici bayraqlı yük gəmisi güclü fırtına nəticəsində idarəetməni itirərək saya oturub. Hadisə ilə əlaqədar gəmidə olan 8 heyət üzvünün təxliyəsi üçün zamana qarşı yarış başlayıb.
"Seanews.az" xəbər verir ki, ekipajın təhlükəsizliyini təmin etmək məqsədilə dəniz qüvvələri ilə yanaşı, havadan dəstək də istənilib. Lakin güclü külək xilasetmə vasitələrinin gəmiyə yaxınlaşmasına maneələr yaradır.
İlkin qiymətləndirmələrə görə, gəmi fırtınanın təsirindən idarəetməni tamamilə itirərək sahilə doğru sürüklənib. Səlahiyyətli qurumlar gəminin hazırkı texniki vəziyyətini və ətraf mühitə yarana biləcək potensial təhlükələri yaxından izləyir. Ekipaj üzvləri arasında hər hansı itki barədə rəsmi məlumat yoxdur və xilasetmə əməliyyatı hava şəraitindən asılı olaraq davam etdirilir.


