Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Türkiyədə saya oturmuş yük gəmisinin heyəti kanatla xilas edilib

Mayın 1-də Qara dənizin Sakarya sahillərində saya oturan “Ninova” yük gəmisində qalan 8 heyət üzvünün təxliyəsi fırtınalı hava şəraitində dramatik anlarla yadda qalıb. Dalğaların şiddəti və güclü külək xilasetmə qayıqlarının gəmiyə yaxınlaşmasına, həmçinin helikopterlərin havaya qalxmasına imkan vermədiyi üçün Türkiyə Sahil Mühafizəsi nadir hallarda istifadə olunan "breeches buoy" (kanatlı xilasetmə səbəti) metoduna müraciət edib.

“Seanews.az” xəbər verir ki, xilasetmə qrupları sahildən gəmiyə  xüsusi xətt ataraq kanat sistemi qurub. 8 nəfərlik heyət fırtınalı dənizin üzərindən keçən bu kanatla bir-bir sahilə çəkilərək xilas edilib.

1989-cu il istehsallı gəminin texniki vəziyyətinin son dərəcə zəif olduğu və sahibinin məlum olmadığı qeyd edilir. “Kamerun bayrağı altında üzən “Ninova” 2024-cü ildə təhlükəsizlik qaydalarını dəfələrlə pozduğu üçün Paris Memorandumu (Paris MOU) çərçivəsində İtaliya tərəfindən qara siyahıya salınıb. Təkcə 2025-ci ildə Rusiya və Türkiyə müfəttişləri tərəfindən gəmidə onlarla ciddi çatışmazlıq aşkar edilib.

Bir neçə həftə əvvəl Rusiyanın Novorossiysk limanından yola çıxan və fırtına zamanı idarəetməni itirən yük gəmisinin hazırda sahil xəttində yana əyildiyi və su aldığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır