Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

IACS gəmilərdə qəza enerji təchizatı sistemlərinin yoxlanılması üzrə nəticələri dərc edib

Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyası (IACS) 2025-ci il ərzində gəmilərdə qəza enerji təchizatı sistemlərinin yoxlanılması üzrə həyata keçirdiyi təftiş kampaniyasının nəticələrini dərc edib.

"Seanews.az" xəbər verir ki, “Tokyo MoU”nun "simulyasiya edilmiş qara  nöqtə" testlərinin etibarlılığı ilə bağlı xəbərdarlığından sonra başladılan kampaniya çərçivəsində 12 ay ərzində ümumilikdə 36 723 gəmidə yoxlama aparılıb. Yoxlanılan gəmilərin mütləq əksəriyyətində (97%-dən çox) heç bir problem aşkar edilməsə də, 853 gəmidə (2,32%) müxtəlif çatışmazlıqlar qeydə alınıb.

Müəyyən edilmiş nöqsanlar arasında sürətli bağlanan klapanların nasazlığı (22%), idarəetmə blokları və dövrələrindəki problemlər (16%), habelə qəza dizel generatorlarının işəsalma sistemlərindəki qüsurlar (14%) üstünlük təşkil edib.

Hesabatda qeyd olunur ki, geniş istifadə edilən simulyasiya testləri real enerji kəsintisi zamanı tələb olunan dövrə yollarını tam sınaqdan keçirmir və bu, heyətdə sistemlərin hazır olması ilə bağlı yanlış təsəvvür yaradır. Bundan əlavə, bir çox gəminin Təhlükəsizliyin İdarə Edilməsi Sistemlərində (SMS) nəzarətli enerji kəsintisi testləri üçün müfəssəl prosedurların olmadığı və heyətin avadanlıqların istismarı ilə bağlı kifayət qədər təcrübə qazanmadığı üzrə çıxıb.

Toplanan məlumatlar əsasında IACS SOLAS tələblərinə uyğunluğu təmin etmək üçün ISM auditləri zamanı nəzarətli test prosedurlarına daha çox diqqət yetirilməsini, tez-tez xarab olan komponentlərin yoxlama dövrlərinin yenidən nəzərdən keçirilməsini və simulyasiya testləri üçün dizayn standartlarının unifikasiya edilməsini tövsiyə edir. Bu addımlar fövqəladə hallarda sistemlərin nəzərdə tutulduğu kimi işləməsini təmin edərək dənizdə təhlükəsizliyi artırmağa xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır